İranın müdafiə nazirinin sabiq müavini edam olundu

  • By admin
  • 14 Yanvar 2023 09:58

Bu gün səhər saatlarında İranın müdafiə nazirinin sabiq müavini Əlirza Əkbəri Britaniya kəşfiyyatına casusluq ittihamı ilə edam edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə İranın Məhkəmə Sistemi rəsmi açıqlama yayıb.

Bildirilib ki, Əlirza Əkbəri ölkənin önəmli məlumatlarını toplayaraq məqsədli şəkildə Britaniya kəşfiyyatına ötürüb.

“O, casusluq qarşılığında 1,8 milyon avro, 265 min funt-sterlinq və 50 min dollar pul alıb”, – rəsmi açıqlamada deyilir.

Xatırladaq ki, İran və Britaniya vətəndaşlığı olan Əlirza Əkbəri 2000-ci illərin əvvəllərində İranın o vaxtkı müdafiə naziri Əli Şəmxaninin müavini olub.

Gununsesi.info