“İranın Naxçıvan aeroportunu vurması qırmızı xətti keçməkdir”

“İranın Naxçıvan aeroportunu vurması qırmızı xətti keçməkdir”.

Bunu Gununsesi.info-ya açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

“Azərbaycan İrana qarşı hazırkı prosesdə tam təmkinli və neytral qaldı. Amma, İran Azərbaycanı da hədəf alır. Azərbaycandan İrana qarşı hər hansı bir təhdid yoxdur. Dövlət başçısı daima bunu İranın nəzərinə çatdırıb”, — deyə siyasi şərhçi bildirib.

O əlavə edib ki, bundan sonra da Azərbaycan İranla bağlı siyasətində əvvəlki siyasətini davam etdirəcək:

“Amma, İran Azərbaycanı təhdid edərsə, rəsmi Bakının mövqeyi dəyişə bilər. İran rejimi artıq öz süqutunu yaxınlaşdırır”.

 

Şəbnəm

Gununsesi.info