İranın neft naziri Türkmənistanın Nazirlər Kabinetinin sədri ilə görüşüb

  • By admin
  • 08 Yanvar 2022 20:33

İranın neft naziri Cavad Ovci Türkmənistanın Nazirlər Kabinetinin sədrinin müavini Sərdar Berdimuhəmmədov və bu ölkənin xarici işlər naziri Rəşid Meredovla görüşüb.

Gununsesi.info-nun APA-ya istinadla məlumatına görə, görüşdən sonra C.Ovci bildirib ki, sabah İran və Türkmənistan arasında neft və qaz sahəsində bir sıra sənədlər imzalanacaq: “Sənədləri iki ölkənin ekspertləri hazırlayıb. İmzalanacaq sənədlərdə enerji, qaz, neft və neft-kimya məhsulları sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub. İki ölkə arasında bu sahədə əməkdaşlıq üçün geniş potensial mövcuddur”.

HTML tutorial

 

Türkmənistandan İran vasitəsilə Azərbaycana qaz mübadiləsinin həyata keçirilməsinə yanvar ayının əvvəlindən başlandığını deyən C.Ovci əlavə edib ki, Türkmənistanın Sərəxs bölgəsində gündəlik 4-5 milyon kubmetr qaz mübadiləsi həyata keçirilir. Ovci Türkmənistandan gündəlik 40 milyon kubmetr qaz idxal və mübadilə etmək üçün potensialın olduğunu vurğulayıb və qeyd edib ki, İran gündəlik 40 milyon – ildə 10-15 milyard kubmetr həcmində Türkmənistan qazını qonşu ölkələrə ötürməyə hazırdır.

 

Gununsesi.info