İranın nümayişlərdə iştirak edən 22 min nəfəri əfv edib

İranın məhkəmə orqanları hökumət əleyhinə nümayişlərdə iştirak edən 22 min nəfəri əfv edib.
Gununsesi.info xəbər verir ki, bu barədə İranın ədliyyə sisteminin rəhbəri Qulamhüseyn Möhsini Əjei İRNA-ya açıqlamasında bildirib.
“İndiyədək 82 min insan, o cümlədən etiraz aksiyalarında iştirak edən 22 min nəfər əfv edilib”, – Ejei bildirib.
Qeyd edək ki, İran dövlət mediası keçən ayın əvvəlində dini lider Əli Xamneyinin etiraz aksiyalarında həbs edilmiş bəziləri də daxil olmaqla, “on minlərlə” məhbusu əfv etdiyini bildirmişdi.

Xatırladaq ki, ötən ilin sentyabrında İranlı gənc kürd qadının ölkənin əxlaq polisinin nəzarətində ölməsindən sonra İranı etirazlar bürümüşdü.

 

Gununsesi.info