“İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyik”

  • By admin
  • 05 İyun 2018 18:07

“İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyik”

İsrail baş naziri Binyamin Netanyahu İranın nüvə silahına sahib olmasına imkan verməyəcəklərini açıqlayıb. Gununsesi.info “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə baş nazir tvitter hesabında yazıb. Netanyahu İranın ali dini lideri Əli Xameneyinin uranın zənginləşdirmə potensialını artırmaqla bağlı bəyanatından sonra belə bir açıqlama ilə çıxış edib:

“Xameneyi iki gün əvvəl bildirdi ki, İsrail dövlətini dağıtmaq niyyətindədirlər. Dünən isə bunu necə edəcəklərini izah etdi. Nüvə arsenalı istehsal etmək üçün uranın qeyri-məhdud sayda zənginləşdirilməsi yoluyla. Biz təəccüblənmirik. İrana nüvə silahına sahib olmağa imkan verməyəcəyik”.

 Ayətulla ötən gün bəyan etmişdi ki, İran eyni anda həm sanksiya altında, həm də “nüvə nəzarətində” qala bilməz. Bununla əlaqədar olaraq o, İranın Atom Enerjisi Təşkilatına təcili olaraq uranın zənginləşdirilməsi ilə bağlı əmr verib.