İranın paytaxtında partlayış oldu, ölənlər və xəsarət alanlar var

  • By admin
  • 23 İyun 2020 20:56

İranın paytaxtı Tehranda qaz balonu doldurma məntəqəsində partlayış baş verib.

Gununsesi.org-un APA-ya istinadla verdiyi xəbərə görə, partlayış Tehranın Xorasan meydanı yaxınlığında qeydə alınıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, bir neçə partlayış səsi eşidilib və güclü yanğın baş verib. Hadisə nəticəsində 2 nəfərin öldüyü və bir neçə nəfərin yaralandığı bildirilir.

 

 

Gununsesi.org