İranın Qarabağ münaqişəsi ilə bağlı siyasəti dəyişməyib - SƏFİR

  • By admin
  • 16 Sentyabr 2016 13:02
pakayin 
İran idmanın siyasi məqsədlər üçün istifadəsini məqbul saymır və ölkəmizin Qarabağ münaqişəsi barədə siyasəti dəyişməyib.
Gununsesi.info xəbər verir ki, bu fikri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İranda ermənilərin idman olimpiadasının keçirilməsinin və qondarma “Dağlıq Qarabağ Respublikası”nın nümayəndələrinin bu yarışlarda iştirak etməsi barədə xəbərlərin yayılmasına mövqeyini açıqlayarən deyib.
Onun sözlərinə görə, İranda yaşayan ermənilərin idman olimpiadasının keçirilməsi daxili bir tədbirdir və dini azlıqlara hörmət əlaməti olaraq keçirilir: “Yarışların təşkilat komitəsi Gürcüstan və Ermənistanı qonaq olaraq bu yarışlarda iştirak etmək üçün dəvət edib və bunlardan başqa heç bir ölkə və ya region yarışlarda iştirak etməyib. Hər hansı bir iştirakçı ölkənin idman geyimində başqa bir tərəfin gerbindən və ya simvolundan istifadə edilməsi təşkilat komitəsi ilə razılşadırılmadan həyata keçirilməyib. Aydındır ki, İran İslam Respublikası idmanın siyasi məqsədlər üçün istifadəsini məqbul saymır və ölkəmizin Qarabağ münaqişəsi ilə bağlı siyasəti dəyişməyib. İranın məsul şəxsləri də məhz İranda yaşayan dini azlıqlara hörmət əlaməti olaraq bu tədbirdə iştirak etmişlər”.
Gununsesi.info