İranın Quru Qoşunları sabah hərbi təlim keçirəcək

  • By admin
  • 18 Yanvar 2021 20:53

“İran Silahlı Qüvvələri Quru Qoşunları yanvarın 19-da “İqtidar-99” adlı irimiqyaslı təlim keçirəcək”.

“Mehr” xəbər verir ki, bunu Quru Qoşunlarının komandanı, briqada generalı Kiyumərs Heydəri açıqlayıb.

Bildirilib ki, hərbi manevr İranın cənub-şərqində Oman körfəzində, Mekran sahillərində keçiriləcək.

Gununsesi.info