İranın Məsləhət Şurasının sədri, sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani vəfat edib.
APA-nın məlumatına görə, Ə.Ə.Haşimi Rəfsəncani ürəyində problem yarandığı üçün bu gün xəstəxanaya yerləşdirilmişdi. Onun ürək çatışmamazlığından dünyasını dəyişdiyi bildirilir.
Əli Əkbər Haşimi Rəfsəncani İranın dördüncü prezidenti vəzifəsində çalışıb. 1980 – 1989-cu illərdə Ə.Ə.Haşimi Rəfsəncani İran Parlamentinin spikeri vəzifəsində çalışıb.
Gununsesi.info