İranın sabiq prezidentindən etirazçılara DƏSTƏK

  • By admin
  • 07 Dekabr 2022 19:31

İranın keçmiş prezidenti Məhəmməd Hatəmi ölkədə keçirilən etiraz aksiyalarını dəstəkləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə o, özünün “Instagram” profilində paylaşım edib.

Sabiq islahatçı lider qeyd edib ki, “Qadın, həyat, azadlıq!” şüarı ilə cəmiyyət daha yaxşı gələcəyə doğru hərəkətini göstərir.

1997-2005-ci illərdə İran prezidenti olan Hatəmi hazırkı hakimiyyəti sərt tənqid edib.

Gununsesi.info