İranın Sistan və Bəlucistan əyalətində terror aktı

  • By admin
  • 28 Fevral 2024 12:19

İranın Sistan və Bəlucistan əyalətində terror aktı törətməyə cəhd edənlərdən biri vaxtından əvvəl baş verən partlayış nəticəsində ölüb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Zahidan prokuroru Mehdi Şəmsabadi məlumat verib.

“Tasnim” agentliyinin məlumatına görə, iki terrorçu Məhəmməd bölgəsində yol kənarındakı nəzarət-buraxılış məntəqəsi yaxınlığında patrul avtomobilini partlatmaq məqsədi ilə ölkəyə daxil olub, lakin onlardan biri partlayıcı qurğunun quraşdırılması zamanı ölüb.

Prokuroun sözlərinə görə, qaçmağa müvəffəq olan ikinci terrorçunun tutulması üçün artıq göstərişlər verilib. Şəmsabadi digər ölənlər barədə məlumat verməyib.

Sistan və Bəlucistan əyaləti İran üçün gərginlik mənbələrindən biridir. Pakistan və Əfqanıstanla həmsərhəddir. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinin böyük hissəsi, eləcə də yanacaq və digər malların qaçaqmalçılıq yolu ilə daşınmasının əhəmiyyətli hissəsi bu ərazidə baş verir.

Gununsesi.info