İranın Suriyadakı bazası bombardman edildi

  • By admin
  • 28 Sentyabr 2021 11:11

Suriyanın şərqindəki Deyr əz-Zor bölgəsində İranın dəstəklədiyi qruplaşmanın bazası bombardman edilib.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bir neçə zərbədən sonra qruplaşmanın yerləşdiyi ərazidə təcili yardım maşınları müşahidə edilib. Bazaya kim tərəfindən zərbə endirildiyi məlum deyil.

Qeyd edək ki, İran bir müddət öncə Deyr əz-Zordakı mövcudluğunu gücləndirmişdi.

Gununsesi.info