İranın tarixi qələbəsi yaxındır - Laricani

  • By Admin2
  • 17 Mart 2026 12:45

“İran xalqının “Epşteyn adası”ndan sağ çıxanlara qarşı tarixi qələbəsi yaxındır”.

Gununsesi.info “Tasnim”ə istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani X-də bildirib.

Laricani region ölkələrinə müraciət edib: “Amerika sizə sadiq deyil və İsrail sizin düşməninizdir”.

Ali Milli Təhlükəsizlik Şurasının katibi ABŞ prezidentinin İranda Vaşinqton və Tel-Əvivə qarşı kütləvi nümayişlərin görüntülərinin süni intellektlə yaradıldığı fikrini lağa qoyub.

Gununsesi.info