İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün Nyu-Yorka səfər edib.
Gununsesi.info xəbər verir ki, bu barədə İran XİN-in mətbuat xidməti məlumat yayıb.
Abdullahiyanın həmçinin BMT-nin baş katibi, müsəlman ölkələrinin nümayəndələri və bir sıra xarici rəsmilərlə görüşü nəzərdə tutulub.
Təhlükəsizlik Şurasının bu gün keçiriləcək iclasında Yaxın Şərqdəki son hadisələr, o cümlədən Qəzzadakı vəziyyət müzakirə olunacaq.
Sessiyada İran və İsrail arasında artan gərginliyə də toxunulacağı gözlənilir.
Gununsesi.info