

İranın xarici işlər naziri Mühəmməd Cavad Zərifi bu həftə Azərbaycana səfər edəcək.
Bu barədə Gununsesi.info-ya diplomatik mənbədən məlumat verilib.
Bildirilib ki, M.C. Zərifi martın 15-də Bakıda keçiriləcək Azərbaycan-Türkiyə-İran- Gürcüstan XİN başçılarının dördtərəfli formatda keçiriləcək toplantısında iştirak edəcək:
“Bununla yanaşı İran XİN başçısının səfəri şərçivəsində bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub. Bu görüşlərdə ikitərəfli və regional əməkdaşlıq formatları müzakirə oluncaq, eyni zamanda Yaxın Şərqdə və bölgədəki proseslər ətrafına fikir mübadiləsi aparılacaq”.
Mənbə deyib ki, Zərifinin Azərbaycan prezidenti ilə də görüşü gözlənilir və burada ə ölkələrimiz arasındakı ikitərəfli və regional əməkdaşlığın gələcək inkişaf perspektivləri, birgə həyata keçirilən layihələr, Qarabağ , Yaxın Şərqdə baş verən proseslər, Azərbaycan-Rusiya-İranın birgə həyata keçirdiyi “Şimal-Cənub” nəqliyyat dəhlizinin rellaşdırılması istiqamətində görülən işlər, İran prezidentinin martın sonunda Azərbaycana nəzərdə tutulan səfərinə hazırlıq məsələləri müzakirə olunacaq.
İran prezidenti Həsən Ruhanının Azərbaycana nəzərdə tutulan səfər proqramı ilə bağlı məsələyə gədlikdə diplomatik mənbə deyib ki, səfər zamanı iki ölkə arasında imzalanacaq sənədlər, Rəşt-Astara dəmiryolu ilə bağlı Azərbaycanın İran tərəfində kredit ayırması, Azərbaycan-İran arasındakı Astara-Astara dəmiryolunun açılışı və digər məsələlər bu gün Tehranda işinə başlayan İran-Azərbaycan Hökumətlərarası Birgə Komissiyanın iclasında müzakirə olunacaq: “Təbii ki bir sıra məsələlər İran XİN başçısının Bakıya səfəri zamanı azərbaycanlı həmkarı Elmar Məmmədyarov və prezident İlham Əliyevlə görüşü zamanı da müzakirə ediləcək”.
Qeyd edək ki martın 15-də Bakıda Azərbaycan-Türkiyə-İran- Gürcüstan XİN başçılarının 4 tərəfli formatda ilk görüşü keçiriləcək.
Mürtəza
Gununsesi.info