İranın xarici işlər naziri Rusiyaya səfərə yollanıb

  • By admin
  • 05 Oktyabr 2021 21:10

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Rusiya XİN rəhbəri Sergey Lavrovun dəvəti ilə Mosvaya səfərə yollanıb.

Hüseyn Əmir Abdullahian və Sergey Lavrovun İran-Rusiya əlaqələrini, beynəlxalq və regional problemləri müzakirə edəcəyi gözlənilir.

Sonuncu dəfə İran və Rusiya XİN başçıları Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Toplantısı zamanı bir araya gəliblər.

Gununsesi.info