Sərhəd bölgəsində İran sərhədçiləri ilə Taliban qüvvələri arasında qarşıdurma baş verib.
Gununsesi.info xəbər verir ki, bölgədəki mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, İranın Sistan-Bəlucistan əyalətinin Hirmand rayonundakı Sasuli məntəqəsi yaxınlığında Taliban sərhəd qüvvələri ilə İran sərhədçiləri arasında qarşıdurma baş verib.
İran dövlət televiziyası isə hələlik səbəbi bəlli olmayan münaqişənin sona çatdığını və sərhəddəki iki tərəfin hərbi rəsmilərinin münaqişənin səbəbini qiymətləndirmək üçün görüşdə olduqlarını açıqlayıb. Yayımlanan və sərhəddə qarşıdurma anına aid olduğu iddia edilən görüntülərdə şiddətli qarşıdurmalar eşidilir.
Hələlik İran və Taliban rəsmiləri tərəfindən münaqişə ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.
Son günlər Hilmend çayında suyun paylaşılması ilə bağlı İran və Taliban arasında gərginlik yaşanıb.
Taliban administrasiyası bölgədəki quraqlıq səbəbiylə Hilmend çayındakı Keceki Barajı və Kemal Han çaylarında suyun miqdarının azaldığını və bu səbəbdən suyun İrana çatmadığını iddia edərkən, İran texniki heyətin bəndlərə baş çəkməli olduğunu bildirir.
Əfqanıstanda Taliban hakimiyyətə gəldikdən sonra Pakistan və İran sərhəd qüvvələri vaxtaşırı Taliban qüvvələri ilə toqquşurdu.
Gununsesi.info