İranla əlaqədar yaradılan INSTEX ödəmə sisteminə qoşulan Avropa ölkələrinin sayı artıb

  • By admin
  • 01 Dekabr 2019 16:22

Fransa, Almaniya və Böyük Britaniyanın ABŞ sanksiyalarından yayınmaq üçün İranla qarşılıqlı ödəmələrin həyata keçirilməsi məqsədi ilə yaratdıqları INSTEX ödəmə sisteminə Belçika, Danimarka, Finlandiya, Niderland, Norveç və İsveç də qoşulub.

Gununsesi.org-un “Alman dalğası”na istinadən verdiyi məlumata görə, bu barədə Fransa, Almaniya və Böyük Britaniya birgə bəyanat yayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 2018-ci ilin mayında Birgə Hərtərəfli Fəaliyyət Planından çıxdığını və İrana qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb. Tehran isə bunun qarşılığında nüvə öhdəliklərindən imtina edəcəyini bildirib.

Fransa, Almaniya və Böyük Britaniya 2019-cu ilin yanvarında ilkin mərhələdə yalnız İranın humanitar ehtiyaclarının təmin edilməsi üçün nəzərdə tutulan INSTEX sistemini yaradıb.

 

 

Gununsesi.org