
Bu gün İran Hava Yolları (İran Air) və Fransanın “Airbus” şirkətləri arasında saziş imzalanıb.
Gununsesi.info Türkiyənin “Akşam” qəzetinə istinadən xəbər verir ki, “İran Air” şirkətinin baş direktoru Fərhad Pərvəriş bildirb ki, razılaşmaya əsasən, İran 10 milyard dollar dəyərində “Airbus” şirkətindən 100 ədəd sərnişin təyyarəsi alacaq: “Gələn il isə “Airbus” şirkətin 7-8 sərnişin təyyarəsini İran Hava Yollarına təslim edəcək”.
Qeyd edək ki, bundan öncə “İran Air” Amerikanın “Boeing” şirkəti ilə 80 ədəd müxtəlif növ təyyarələrin alınmasına dair saziş imzalayıb.
Anar
Gununsesi.info