

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının sədri Rüfət Aslanlı İranın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə məlumat Gununsesi.info-ya MBNP-dən bildirilib. Görüşdə iki ölkə arasında bank, sığorta və digər sahələrdə ikitərəfli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub. Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı ölkənin maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması istiqamətində rəhbərlik etdiyi qurumun gördüyü işlərdən bəhs edib. Səfir Cavad Cahangirzadə ölkələrimiz arasında çox yaxın, etimada əsaslanan münasibətlərin olmasından və investisiya qoyuluşu, bank sahəsi və digər istiqamətlər üzrə əməkdaşlıq potensialının artırılması üçün mövcud imkanlardan söz açıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Gununsesi.info