“İranla Azərbaycan arasında müharibə olacaqmı?” - “Əl-Cəzirə”

  • By admin
  • 09 Aprel 2023 19:07

Son aylar İranla Azərbaycan arasında münasibətlərdə gərginlik durmadan artır və praktiki olaraq hər həftə yeni insidentlər baş verir.

Gununsesi.info xəbər verir ki, bu barədə “Əl-Cəzirə” nəşri yazıb.

Nəşr qeyd edir ki, Tehranı qıcıqlandıran, mümkündür ki, İsrail ilə Azərbaycan arasında münasibətlərin sürətlə inkişaf etməsidir.

Ötən ay İsrail və Azərbaycanın yüksək çinli diplomatları İrana qarşı “vahid cəbhənin formalaşdırılması” məsələsini müzakirə edib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəsinin səfirliyini açmaq üçün Təl-Əvivə gəlib. Bakı tarixdə ilk dəfə olaraq İsraildə öz səfirini təyin edib.

İran XİN xəbərdar edib ki, bu yeni yanaşma İranın milli təhlükəsizliyinə təhlükə törədə bilər və bunu görməzdən gəlmək olmaz.

İran İnqilabı Keşikçiləri Korpusu (İİKK), habelə İran ordusu Azərbaycanın sərhədləri yaxınlığında bir neçə raunddan ibarət hərbi təlimlər keçirərək özünün yerüstü və hava imkanlarını nümayiş etdirib.

Ötən ilin oktyabr ayında İİKK ilk dəfə olaraq iki ölkə arasından axan Araz çayı üzərindən ponton körpüsü (“ponton” üzən dayaqlar deməkdir-red.) tikib.

Bir neçə gündən sonra İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan Ermənistanın ən cənub əyaləti olan Sünikdə (Zəngəzur-red.) olub, ölkəsinin konsulluğunun açılışında iştirak edib və Ermənistanın təhlükəsizliyini İranın təhlükəsizliyinə bərabər tutub.

Bu addım Azərbaycan və Türkiyənin Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas hissəsi ilə birləşdirmək üçün yaratmaq istədikləri və İranın Cənibi Qafqazla tranzit əlaqəsini kəsə biləcək “Zəngəzur dəhlizi”nə qarşı yönəlib.

Tehran analitiki Vali Kalecinin fikrincə, Azərbaycan Qərbdə, xüsusilə ABŞ-da erməni təsirinə qarşı durmaq üçün siyasi cəhətdən İsrailin lobbiçiliyinə ehtiyacı var, eyni zamanda iqtisadi cəhətdən İsrailin əsas neft tədarükçüsüdür.

Eyni zamanda, erməni diasporunun təsirindən Azərbaycan Avropa ölkələri və Amerikadan qabaqcıl hərbi və müdafiə texnikasını ala bilmir”, – Kaleci deyib.

“Belə vəziyyətdə Türkiyə, İsrail və Pakistan Azərbaycanın müdafiə və hərbi tələbatlarının üç əsas mənbəyi olub”, – o, əlavə edib və deyib ki, bu, İranı narahat edən başlıca sahədir.

Gununsesi.info