“İranla Azərbaycan arasında münasibətlər hər zamankından daha güclüdür” - SƏFİR MUSƏVİ

  • By admin
  • 15 Sentyabr 2020 16:30

“Azərbaycanla olan münasibətlərimiz başqa heç bir ölkə ilə yoxdur”.

Gununsesi.info xəbər verir ki, bunu İranın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi mətbuat konfransında deyib.

“Xalqlarımız və ölkələrimiz arasındakı bu əlaqələr və xüsusi qarşılıqlı münasibətlər özümü burada yad hiss etməməyimə imkan verir. Dövlətlərimizin başçıları arasında da səmimi və yaxşı münasibətlər qurulub. Bəyan edirəm ki, İran ilə Azərbaycan arasındakı münasibətlər heç vaxt indiki qədər güclü və möhkəm olmayıb. Azərbaycan Prezidenti ilə çox isti və məhsuldar görüşümüz oldu”, – səfir bildirib.

 

 

Gununsesi.info