İranla Azərbaycan hərbi sahədə əməkdaşlıq etmək istəyir

“İranla Azərbaycan hərbi-siyasi sahədə əməkdaşlıq etmək barədə müzakirələr aparıb”.

Gununsesi.info xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Bakıda keçirilən mətbuat konfransında deyib.

HTML tutorial

O bildirib ki, region ölkələri arasında olan problemləri həmin dövlətlər özləri həll etməlidir.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov isə bildirib ki, Azərbaycan İranın ərazilərin minalardan təmizləmə təcrübəsindən yararlanmaq istəyir.

“Biz bununla bağlı cənab Abdullahianla müzakirə apardıq”, – deyə o əlavə edib.

Gununsesi.info