İranla Azərbaycan arasında ticari əlaqə çox zəifdir - YENİ SƏFİR

  • By admin
  • 17 Sentyabr 2016 14:00
sefir
İranla Azərbaycan arasında siyasi münasibətlərin yüksək səviyyədə olmasına baxmayaraq, İran Azərbaycanın ticarət balansında iştirakı cəmi  bir faiz təşkil edir.
Gununsesi.info xəbər verir ki, bu fikri İranın Azərbaycana yeni təyin olunmuş səfiri Cavad Cahangirzadə Ərdəbil valisi ilə görüşündə deyib.
Yeni səfirin sözlərinə görə,  baxmayaraq ki, son  üç ildə   siyasi münasibətlərimiz xeyli dərəcədə yaxşılaşsa da, bunun müqabilində iqtisadi əlaqələr buna uyğun olaraq inkişaf etməyib. “Bu isə iki ölkə arasındakı mövcud imkanlardan qat-qat azdır və qanedici səviyyədə deyil. Çünki iqtisadi-ticari əlaqələrin inkişafı üçün yetərincə böyük potensial var və biz bu imkanlardan maksimum yararlanmalıyıq. Əlaqələrimizi  iqtisadi-ticari əlaqələrimiz inkişaf etdirməliyik”- deyə səfir bildirib.
İran-Azərbaycan arasındakı münasibətlərin çox yüksək səviyyədə olduğunu qeyd edən səfir bildirib ki,  son üç ildə Azərbaycan və İran prezidentləri 7 dəfə görüşüblər. “Bizim əlaqələrimiz çox sürətlə inkişaf edir və bu inkişaf dinamikası qarşıdakı illərdə də davam edəcək”- diplomat vurğuladı.
Gununsesi.info