Avqustun 30-da İstanbulda İranla 2015-ci ildə imzalanmış nüvə sazişinin E3 kimi tanınan Avropa tərəfləri – Böyük Britaniya, Fransa və Almaniya, eləcə də Misir, Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin xarici işlər nazirlərinin iştirakı ilə görüş keçiriləcək.
Gununsesi.info xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, danışıqların təşəbbüskarları Almaniya və Türkiyə olub.
Nazirlər gündəlikdə duran aktual mövzularla yanaşı, Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin edilməsi yolları və regiondakı təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.
Qara dənizdəki vəziyyət və Ukrayna taxılının ixracı məsələnin də gündəmdə olacağı bildirilir.












