İranla Çin arasında müntəzəm həftəlik uçuş həyata keçiriləcək

  • By admin
  • 23 İyul 2020 15:53

“İranla Çin arasında müntəzəm həftəlik uçuş həyata keçiriləcək”.

Gununsesi.org-un məlumatına görə, bunu İranın Aviasiya Şirkətlər Birliyinin katibi Maqsud Əsəd Samani deyib.

Onun sözlərinə görə, İranın paytaxtı Tehrandan Quançjou şəhərinə həftədə bir dəfə gediş-gəliş təşkil olunacaq.

“Əlbəttə bu səfər hamı üçün deyil. Çinə yalnız bu ölkənin vətəndaşları və ya orada müvəqqəti yaşama hüquqa malik şəxslər səfər edə bilər. Bundan başqa, Çində iş və ya təhsil üçün vizası olan şəxslər bu uçuşlardan istifadə edə biləcəklər”, – deyə Maqsud Əsəd Samani vurğulayıb.

 

 

Gununsesi.org