İraqın müdafiə naziri İrfan əl-Hayali Tehrana səfər edib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda “İRNA” Xəbər Agentliyi məlumat yayıb.
Belə ki, səfər zamanı İrfan əl-Hayali həmkarı Hüseyn Dehqhan ilə görüşüb. Görüşdə İran və İraq arasında müdafiə sahəsində əməkdaşlıq barədə memorandum imzalanıb.
İrfan əl-Hayali bildirib ki, əsas məqsəd Tehran və Bağdad arasında müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirməkdir.
Qeyd edək ki, sonda İraqın müdafiə naziri İranın İraqa verdiyi dəstəyə görə təşəkkür edərək, hər hansı bir tərəfin İraqın parçalamasına icazə verməyəcəyini deyib.
Anar
Gununsesi.info