“İranla nüvə razılaşma uğursuzluğa düçar olub” - REKS TİLLERSON

  • By admin
  • 20 Aprel 2017 07:15

Reks Tillerson

İranın nüvə proqramına dair razılaşma uğursuzluğa düçar olub.

Gununsesi.info-nun ria.ru-ya istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.

O, qeyd edib ki, Birgə Hərtərəfli Fəaliyyət Planı İranı nüvə statusundan məhrum etməyib: “Bu, onların nüvə dövləti olmaq məqsədini yalnız təxirə salıb”.

Reks Tillerson həmçinin İrana qarşı “strateji dözüm” siyasətini də uğursuz adlandırıb.  “Bu ölkədən gələn təhdidlərə cavab vermək lazımdır”, deyə dövlət katibi əlavə edib.

Gununsesi.info