İranla oyun zamanı Uels millisinin azarkeşi öldü

Qətərdə Uels millisinin azarkeşi komandanın dünya çempionatında İranla oyunu zamanı dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

62 yaşlı Kevin Devis Dohadakı stadionda halı pisləşib. Onu təcili yardım maşını aparsa da, kişini xilas etmək mümkün olmayıb.

“Azarkeşlərimizdən birinin burada vəfat etdiyini eşitmək çox kədərlidir. Ailəsinə başsağlığı veririk və əlimizdən gələni etmək üçün buradayıq”, – Uels Futbol Assosiasiyasının sədri Noel Muni bildirib.

Devisin komandanın son dəqiqələrdə İran millisinə məğlub olmasından əvvəl tribunaları tərk etdiyi bildirilir. Oğlu da onunla birlikdə Qətərdə olub.

Noyabrın 25-də İran komandası turnirin qrup mərhələsinin oyununda Uels yığmasını 2:0 hesabı ilə məğlub edib. Uels yığmasının qapıçısı Ueyn Hennessi oyunun 85-ci dəqiqəsində qırmızı vərəqə alıb. Bundan sonra ikinci hissənin əsas vaxtında iranlı yarımmüdafiəçi Rosebeş Çeşmi və müdafiəçi Ramin Rezayan 2 qol vurub.

Gununsesi.info