
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İranın Ahvaz şəhərində təşkil olunan bir futbol matçı zamanı azarkeşlər Hələbdəki qətliamlara etiraz edərək Bəşər Əsəd əleyhinə şüarlar səsləndiriblər.
Sosial şəbəkələrdə Əl-Qadir stadionunda Fulad futbol klubunun azarkeşlərinin etirazı açıq-aşkar yayımlanıb. Onlar “Hələb məhv olur”, “Hələb, biz səninləyik”, “Bəşər Suriyadan rədd olsun” kimi şüarlar səsləndiriblər. Həmçinin, İran televiziyasında canlı göstərilən Təbrizin Traktorsazi komandasının matçın yayımı azarkeşlərin Türkiyə lehinə dilə gətirdiyi şüarlardan sonra dayandırılıb.
Nigar Cəfərli
Gununsesi.info