İranlı gənc bloger Fulya Öztürkü molla rejiminə pul müqabilində xidmətdə ittiham edib.
İranda baş verənlərlə bağlı paylaşımları və çəkdiyi videolarla gündəmə gələn Fulya Öztürk bu dəfə iranlı gənc bir blogerin sərt ittihamları ilə üz-üzə qalıb.
Həmin bloger Fulya Öztürkü jurnalist fəaliyyətində İran reallıqlarını təhrif etməkdə, molla rejiminin maraqlarına uyğun görüntü yaratmaqda və xalqın yaşadığı acıları kifayət qədər əks etdirməməkdə günahlandırır.
Onun iddiasına görə, təqdim olunan görüntülərlə ölkədəki gerçək vəziyyət arasında ciddi fərq var və bu fərq birbaşa milyonlarla insanın yaşadığı faciənin kölgədə qalmasına səbəb olur.
Blogerin emosional çıxışı sosial şəbəkələrdə diqqət çəkərək jurnalistikanın obyektivliyi ilə bağlı yeni müzakirələr yaradıb.
Gununsesi.info blogerin dediklərini təqdim edir:
“Fulya Öztürk, neçə müddətdir ki, səni izləyirəm. Dəfələrlə xəbərdarlıq etsəm də, əhəmiyyət vermədin. Mənim ölkəmdə, mənim ölkəmin küçələrində gəzirsən və həqiqəti əks etdirməyən sözləri xalqımın haqqında deyirsən. Əvvəlcədən onu deyim ki, rejimdən aldığın pulun haqqını verə bilirsən, halal olsun. İnstagramda yazmısan ki, mənim üçün əvvəlcə insanlıq və vicdan gəlir. Ancaq mən bunların heç birini səndə görmürəm. Ancaq gəl sənə bu cür deyim. O hər gün istifadə etdiyin sürətli internetə mənim xalqım, ailəm çata bilmir. Niyə? Çünki rejim onu da kəsib. Artıq üç aydır ki, ailəmizlə əlaqə də saxlaya bilmirik. Yəni sən bizim ailəmizin, xalqımızın haqqına girirsən, amma bu xalqın haqqında həqiqətləri də deyə bilmirsən. Sonra da gəlib insanlıqdan, vicdandan danışırsan. O indi gəzdiyin küçələrdə bilirsən nə oldu? 45 min insan qətlə yetirildi. Sən o adamların qanlarının üstündə gəzirsən. Bəs bunlardan niyə danışmırsan? Bəs insanlıq və vicdan? Sən hər gün yuxudan oyanmamış bir həyat bitir, rejim hansısa bir gənci edam edir”.
@gununsesi.info İranlı gənc bloger Fulya Öztürkü molla rejiminə pul müqabilində xidmətdə ittiham edib #fulyaöztürk #xeber #xəbər











