İranlı deputat “AEBA müfəttişlərini təhdid etdi – QOVACAĞIQ

  • By admin
  • 09 Yanvar 2021 15:47
“ABŞ bu il fevralın 21-dək İrana tətbiq etdiyi sanksiyaları aradan qaldırmazsa, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərini ölkəmizdən deportasiya edəcəyik”.
 “Mehr” xəbər verir ki, bunu İran parlamenti rəyasət heyətinin üzvü, deputat Əhməd Əmirabadi yanvarın 9-da televiziyadakı çıxışı zamanı bildirib.
“Biz amerikalılara bir ay vaxt veririk. ABŞ-ın yeni prezidenti Cozef Bayden yanvarın 21-də vəzifəsinin icrasına başlayacaq. O, tətbiq edilən sanksiyanı, özəlliklə maliyyə, bank və neft sahələrdəki məhdudiyyətləri fevralın 21-dək aradan qaldırmazsa AEBA-nın müfəttişlərini ölkədən qəti olaraq qovacağıq. İran öz maraqlarını müdafiə edə bilər. Bu, İran qanunudur, hökumət isə bunu icra etməlidir.
ABŞ sanksiyaları ləğv etməzsə, öhdəliklərimizi yerinə yetirmək üçün heç bir səbəb görmürük”, deputat bildirib.
Qeyd edək ki, İran parlamenti sanksiyalarla strateji mübarizə haqqında qanun layihəsini 2020-ci ilin dekabrında qəbul edib.
Gununsesi.info