İranlı diplomat Səudiyyənin razılığı ilə Yəməndən çıxarıldı

Koronavirusa yoluxan İranın Yəməndəki səfiri Səudiyyə Ərəbistanının razılığı ilə ölkədən təxliyə olunub.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bu barədə İraqın “Şafaq Nyus” portalı məlumat yayıb.

HTML tutorial

Məlumata görə, Səudiyyə Ərəbistanı və İran koronavirusa yoluxan səfirin Sənadan təcili çıxarılması barədə razılığa gəliblər.

Husilərin nümayəndəsi Məhəmməd Abel Salam səfirin İraq təyyarəsi ilə təxliyə olunduğunu təsdiqləyib.

Gununsesi.info