İranlı ekspert: -"İranın Qafqazdakı hərbi siyasəti dəyişməlidir" -Foto

Daim Azərbaycana qarşı düşmən mövqeyi ilə tanınan Diako Hüseyni adlı siyasi şərhçi özünün Tvitter hesabında təhdid dolu paylaşım edib.

Gununsesi.info xəbər verir ki, o, paylaşımında belə qeyd edib:

“Bakının həddini aşması və dörd iranlı diplomatın qovulması ilə artıq heç bir şübhə qalmamalıdır ki, xahiş və təskinlik verməklə diplomatiya heç bir nəticə vermir və təhqirdən başqa faydası yoxdur.

Yalnız İranın Cənubi Qafqazdakı hərbi siyasətinin əsaslı transformasiyası ilə bu özbaşınalıqlara son qoymaq olar”.

 

 

Şəbnəm

Gununsesi.info