İranlı keçmiş diplomatdan ölkəsinə çağırış: Ermənistan-Azərbaycan ixtilafında tərəfsiz qalın

  • By admin
  • 11 Sentyabr 2023 15:29

İranın keçmiş diplomatı Möhsün Pak Ayin ölkəsinə çağırış edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, diplomat ölkəsinin Ermənistan-Azərbaycan ixtilafında tərəfsiz qalmalı olduğunu bildirib.

Möhsin Pak Ayin yaşanan gərginliklərlə bağlı İran iqtidarını neytral olmağa səsləyib.

İran mətbuatına açıqlama verən keçmiş diplomat Pak Ayin bunları deyib:

“İran aktiv tərəfsizlik siyasətini izləməlidir. Eləcə də, sərhədlərini müşahidə etməli, gərəkli olarsa, müdaxilə etməlidir”.

Xatırladaq ki, Ermənistan-Azərbaycan gərginliyində İranın bəzi rəsmiləri Qarabağın Azərbaycan torpağı olmasını söyləsə də, digər zamanlarda Aazərbaycana psixolji-siyasi basqı ola biləcək addımlar atmışdı.

 

Tərcümə: Arzu

Gununsesi.info