
İranın Xarici İşlər Nazirliyinin rəhbəri Hüseyn Əmir Abdullahian Amerika, İngiltərə və Avropa Birliyinin (AB) sanksiyalarını qınayan açıqlama verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə nazir keçirilən bir tədbirdən sonra etdiyi çıxışında bildirib.
Nazir İranın Fransa, Almaniya və İngiltərənin silah satışı qadağasına əməl etməməklə bağlı ittihamları ilə razılaşmadığını bildirib.
“Anlaşma mətninə görə, qarşı tərəflər nə qədər verdikləri sözdən uzaqlaşarsa, İran buna görə addımlar atacaq. Bu istiqamətdə Parlamentdə təsdiqlənən Nisbi və Qarşılıqlı Əməl Qanunu bu mözudakı vəzifələri müəyyən etməkdədir. Hökumət bu mövzuda uyğun və nisbi addımlar atmaqdadır”.
Nazir Abdullahian “Bir tərəfdən müzakirə istəyirlər, digər tərəfdən isə yanlış siyasətlərini təkrarlayaraq İran üzərindəki basqını artıra bilməzlər. Qarşı tərəfin əməllərini cavabsız qoymayacağıq”, – deyə vurğulayıb.
Tərcümə: Arzu