İranlı nazir Azərbaycanda səfərdədir

  • By admin
  • 28 Noyabr 2016 12:32

vaezi

İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Azərbaycanda səfərdədir.

Gununsesi.info-nun xəbərinə görə,  iranlı nazir “Bakutel” Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirak edəcək.

Bundan başqa  iranlı nazir səfər çərçivəsində  Azərbaycan-İran hökumətlərarası komissiyasının həmsədri, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşü nəzərdə tutulub.

Eyni zamanda, M.Vaezinin Naxçıvan-Məşhəd dəmir yolu xəttinin açılışında iştirak etmək üçün Naxçıvan səfər edəcəyi gözlənilir.

Gülnaz Qənbərli

Gununsesi.info