İranlı nazirdən Ermənistana silah satışı ilə bağlı AÇIQLAMA

  • By admin
  • 22 Oktyabr 2022 19:00

İranın xarici işlər naziri Ermənistanın ölkəsindən silah alması ilə bağlı xəbərlərə münasibət bildirib.

Gununsesi.info-nun xəbərinə görə, XİN başçısı Hüseyn Əmir-Abdullahian bu barədə İrəvanda jurnalistlərin suallarını cavablandırıb.

O deyib İranın bəzi ölkələrlə, eləcə də qonşu dövlətlərlə müdafiə sahəsində əməkdaşlığı mövcuddur.

Nazir, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsinə toxunub. O, Azərbaycanla Ermənistan arasındakı problemin sülh yolu və danışıqlar prosesi çərçivəsində həllinin vacibliyini söyləyib.

Gununsesi.info