İranlı Nobel laureatı Nərgiz Məhəmmədi həbs edildi

İran təhlükəsizlik qüvvələri 2023-cü il Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədini həbs edib.

Hadisə bu ayın əvvəlində vəfat edən vəkil Xosrov Alikordinin anım mərasimində baş verib.

Məlumata görə, 2024-cü ilin dekabrında həbsxanadan müvəqqəti məzuniyyət alan Məhəmmədi mərasimdə bir neçə digər fəalla birlikdə saxlanılıb.

Məhəmmədinin Parisdə yaşayan həyat yoldaşı Tağı Rəhmani X sosial şəbəkəsində yazıb ki, o, Məşhəd şəhərində keçirilən mərasim zamanı tanınmış fəal Sepideh Qolianla birgə həbs olunub.

 

 

Şəbnəm

Gununsesi.info