İranlı qadın Almaniya gözəllik yarışmasının qalibi oldu – FOTO

  • By admin
  • 27 Fevral 2024 09:22

Almaniyada keçirilən “Miss Germany 2024” gözəllik yarışmasında 39 yaşlı iranlı Apameh Senauer ölkənin ən gözəl qadını seçilib.

Gununsesi.info xəbər verir ki, Almaniyada ilin ən gözəl qadınını seçmək üçün “Miss Germany 2024” adlı gözəllik müsabiqəsi keçirilib. 15 min qadının qatıldığı yarışmanın qalibi 39 yaşlı iranlı Apameh Senauer olub.

6 yaşında ailəsi ilə birlikdə İrandan Almaniyaya köçən Apameh Senauer gözəlliyi ilə yarışmada birincilik qazanıb. Alman əri və iki övladı olan gənc qadın “qalib gəldiyimə inana bilmirəm” deyib. Müsabiqədə 25 min avroluq mükafatı memar Apameh Senauer qazanıb. Apameh öz titulundan imkansız və məzlum qadınları, xüsusən də İrandan Almaniyaya köçmüş qadınları müdafiə etmək üçün istifadə etməyi hədəfləyir.

Digər tərəfdən yaş məhdudiyyətinin qaldırıldığı yarışmanın ən böyük iştirakçısı 42 yaşlı Mignon Kovollik olub.

Gununsesi.info