İranlı qız haqqında çəkilən film “Oskar”a namizəd oldu

  • By admin
  • 03 Fevral 2023 14:34

Oskar mükafatına namizəd olan qısametrajlı filmlər adətən geniş ictimaiyyətin diqqətini çəkmir, lakin Sayrus Neşvadın “Qırmızı çamadan” adlı filmi istisnadır.

İran əsilli Lüksembur vətəndaşı olan rejissor Tehrandan Avropaya uçan və hava limanında dilemma ilə üzləşən qız haqqında 17 dəqiqəlik film çəkib.

Hicabını çıxarmaq yoxsa açmamaq, bu filmin əsas dilemması olub. Film İrandakı etirazlar zamanı mükafat üçün qısa siyahıya düşüb.

Bu barədə Gununsesi.info “European films”-ə istinadən xəbər verir.

“İran virusa yoluxmuş gözəl bir bədəndir. Virus isə bu bədəni yeyir. Biz bu virusu aradan qaldıran kimi bədən yenidən çiçəklənəcək” – Cyrus Neshwad vurğulayıb.

Baş qəhrəmanı gənc fransız-əlcəzair aktrisası Navel Eveillard-Ayad canlandırıb. Onun iranlı kökləri yoxdur, amma o müsəlman ailəsində böyüyüb və hicab da geyinib.

Aktrisa deyib ki, film bütün qadınlar haqqındadır: “Köləlikdən necə çıxmaq və ya həyatımı özüm seçməyə qərar vermək , bu bütün qadınların istəyidir. Özünü bu həyatda tap. Mən özüm üçün nə seçərəm? Ailəmə qulaq as? Ya da öz seçimimi et? Məncə, bu sual bütün mədəniyyətlərdə var”.

Qeyd edək ki, 95-ci Oskar mükafatlandırma mərasimi Martın 12-də Los-Ancelesdə keçiriləcək.

 

 

Tərcümə: Adil Elxanoğlu

Gununsesi.info