İranlı siyasətçi Müsavata görə Azərbaycanı hədələdi - SƏFİRLİK QARŞISINDA AKSİYA OLARSA...

  • By admin
  • 09 Noyabr 2022 20:24

Müsavat Partiyasının İranın Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçirmək qərarına adıçəkilən ölkədən ağlasığmaz reaksiya verilib.

Gununsesi.info xəbər verir ki, iranlı siyasi şərhçi Həkmid Babai bu haqda açıqlama verib.

O, bildirib ki, Müsavat Partiyası noyabrın 15-də İranın Bakıdakı səfirliyi qarşısında mitinq keçirsə, dərhal aşağıdakı cavab tədbirləri görüləcək:

Tehranda aksiya keçiriləcək, onun iştirakçıları Azərbaycan səfirliyinə daş atacaqlar;

“Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisindən İrana daxil olan yük maşınlarının sürücüləri öldürüləcək, nəqliyyat vasitələri isə yandırılacaq”.

Gununsesi.info