
İraqda iranlı zəvvarları daşıyan avtobus aşıb.
Gununsesi.info “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, bu barədə məlumatı İranda Ərbəin Mərkəzi Qərargahının sözçüsü Cavad Təşəkküri verib.
Onun sözlərinə görə, avtobusun aşması nəticəsində Ərbəin ziyarətinə yollanan 20 iranlı zəvvar həlak olub, çox sayda insan isə yaralanıb.
Yaralılar arasında üç azyaşlının da olduğu qeyd olunub.
Qəzanın səbəbləri açıqlanmayıb.
Gununsesi.info