“ABŞ- İsrail və İran arasında müharibə təxminən iki ay davam edəcək, ondan sonra isə axmaq rejimin sona çatması üçün əlavə iki-üç ay lazım olacaq. Bundan sonra dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək”.
Gununsesi.info bildirir ki, bu fikirləri Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili öz sosial şəbəkə hesabında paylaşıb.
“Həmin vaxta qədər Gürcüstan ən böyük təhlükə ilə üzləşəcək: yüz minlərlə iranlı ölkəyə hücum edəcək. Fakt budur ki, əvvəlcə adi insanlar İrandan qaçacaq, sonra isə rejimin süqutu ilə birlikdə onun üzvləri də qaçmağa başlayacaq. Ermənistan vizasız girişə imkan verdiyi üçün istisna təşkil edir, digər qonşu ölkələr isə onları qəbul etməyəcək. Onların əksəriyyəti mütləq Gürcüstana yönələcək.
Rusiya pullarından əlavə, İvanişvili rejiminin əsas dəstəkçisi olan İslam İnqilabı Qüvvələrinin Qüds Korpusunu da zədələnir. Gürcüstanda kütləvi qeydiyyatdan keçmiş şirkətlərin çoxu onların nəzarətindədir və “ərəb ölkələrində” aldıqları mənzillərin böyük hissəsi onlara məxsusdur. Bu şəxslər islamçı və terrorçulardır. Cəmiyyət diqqətli olmalıdır, çünki onların kifayət qədər maliyyəsi var və bəzi hallarda şəxsi mənafeyə görə əxlaqi sərhədləri keçə bilərlər. Heç bir halda iranlıların sərbəst şəkildə ölkəyə girməsinə icazə verilməməlidir”.
Banu












