İraq çobanları İŞİD-in 25 milyon dollarlıq xəzinəsini tapıblar

  • By admin
  • 30 Oktyabr 2019 10:18

İraq çobanları ölkənin qərbindəki səhrada İŞİD terror qruplaşmasının başçıları tərəfindən gizlədilmiş milyonlarla dollar məbləğində xəzinəsini tapıblar.

Gununsesi.org xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanalı bildirib.

Məlumata görə, terror qruplaşmasının silahlıları Anbar əyalətindəki səhrada dollarları, qızılları və gümüşləri gizlədiblər. Bunların ümumi məbləği 25 milyon dollardır.

“Yerli çobanlar İŞİD-in xəzinəsini tapıblar”, – deyə telekanal xəbəri şərh edib.

 

Gununsesi.org