İraq Kürdüstanı 2017-ci ilin oktyabr-noyabr aylarında müstəqilliyini elan etmək məqsədi ilə referendum keçirməyi planlaşdırır.
Gununsesi.info xəbər verir ki, bunu Kürdlərin Demokrat Partiyasının təmsilçisi Xoşavi Babakr RİA-Novosti-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, İraq Kürdüstanının müstəqilliyi ilə bağlı referendum payızda keçiriləcək: “Ancaq referendumla bağlı konkret vaxt müəyyənləşməyib. Referendumun payızda oktyabr və noyabr aylarında keçirilməsi nəzərdə tutulur”.
İraq Kürdüstanın rəhbəri Məsud Bərzani hələ bir müddət öncə BMT baş katibi Antonio Quttereşlə görüşündə yaxın zamanlarda referendum keçirəcəkləri barədə məlumat verib.
Gununsesi.info