İraq ordusu Kərkükə nəzarəti tamamilə bərpa edib

İraq ordusu Kərkükə nəzarəti tamamilə bərpa edib

irag_army_soldier_140614

İraq ordusu peşmərgə tərəfindən heç bir müqavimət görmədən Kərkükü tam nəzarət altına alıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, peşmərgə qüvvələrinin şəhəri döyüşsüz tərk etdiyi bildirilir.

Şəhərin inzibati binalarının üzərində İraq bayraqları asılıb. Kərkükün qubernatoru Nəcməddin Kərim də daxil olmaqla, kürd muxtariyyətinə loyal məmurların şəhərdən qaçdığı xəbər verilir.

Qeyd edək ki, Kərkükdə təhlükəsizliyi bərpa etmək məqsədilə əməliyyat gecə saatlarında başlayıb.

Gununsesi.info

COMMENTS