İraq Prezidenti Bərham Saleh Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışında ölkəsinin problemlərindən danışıb.
Gununsesi.info “Sözcü”yə istinadla bildirir ki, İraq prezidenti çıxışında ölkəsində sabitlik təmin edilmədən regional əmin-amanlığa nail olmağın mümkünsüzlüyündən söz açıb.
“Ölkəmdən milyonlarla dollar rüşvət pul çıxarılır. Bunun üçün BMT-yə üzv dövlətləri bizə yardım etməyə çağırıram. İŞİD-ə qarşı koalisiya qurulduğu kimi, İraqda rüşvətlə mübarizə üçün də koalisiya yaratmağı BMT-dən xahiş edirəm. Çünki terror və rüşvət bir-birinə bağlıdır və bir-birini tamamlayır”, – B.Saleh vurğulayıb.
Gununsesi.info