İraq terrorçuları orduya daxil etdi

  • By admin
  • 10 Mart 2018 23:40

İraqdaki Haşdi Şabi qruplaşmasının üzvləri ordu sıralarına daxil edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə İraqın Milli Təhlükəsizlik üzrə rəsmisi Falih əl-Fəyyad təlimat verib. O, Haşdi Şabi milislərinin axıtdıqları qanlara vəfa borcu olaraq belə bir təlimat verdiyini deyib.

Sözügedən Haşdi Şabi qanun layihəsinin 4-cü maddəsinə əsasən, təşkilata bağlı qruplaşmalar İraqın qarşılaşdığı təhlükəsizlik və terror təhdidlərini aradan qaldırmaq, şəhərlərin terrorçulardan azad olunması və təhlükəsizliyin təmin olunması məqsədilə terror qruplaşmalarını və onlarla birlik olanları məhv etmək üçün lazımi qüvvələrdən istifadə edə bilər.

Gununsesi.info