İraq və Suriyanın şimalında 9 terrorçu zərərsizləşdirilib

  • By Günel
  • 13 Yanvar 2025 08:44

İraqın şimalındakı Pençe-Kilit və Metina bölgələrində 3 PKK terrorçusu, Suriyanın şimalındakı Fərat Qalxanı və Sülh çeşməsi bölgələrində isə 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) açıqlayıb.

Açıqlamada həmçinin terrorun mənbəyində aradan qaldırılması üçün gözlənilməz, qeyri-ənənəvi, sürətli və davamlı əməliyyatların davam edəcəyi bildirilib.

Gununsesi.info